Futbol üzrə İtaliya A Seriyasında 5-ci tura start verilib. Matc.az xəbər verir ki, ilk oyun günündə üç qarşılaşma baş tutub. Açılış matçında "Bolonya" "Cenoa"nı qəbul edib. Dörd qolun qeydə alındığı bu oyunda qalib müəyyənləşməyib.
 
Günün digər oyunlarında "Atalanta" "Sassuolo"nu doğma meydanda məğlub edibsə, "İnter" "Fiorentina"nı səfərdə üstələyib.
 
İtaliya A Seriyası
5-ci tur
21 sentyabr
 
Bolonya – Cenoa 2:2
Qol: Hiki, 49. Arnautoviç, 85-pen – Destro, 55. Krişito, 89-pen.
 
Atalanta – Sassuolo 2:1
Qol: Qosens, 3; Zappakosta, 37 – Berardi, 44.
 
Fiorentina – İnter 1:3
Qol: Sottil, 23 – Darmian, 52. Dzeko, 55. Perişiç, 87.
 
22 sentyabr
 
20:30. Salernitana – Verona
20:30. Spetsiya – Yuventus
22:45. Kalyari – Empoli
22:45. Milan – Venetsiya
 
23 sentyabr
 
20:30. Sampdoriya – Napoli
20:30. Torino – Latsio
22:45. Roma – Udineze

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest