Almaniyanın "Ersgebirge" komandasına yeni baş məşqçi təyin olunub. Matc.az xəbər verir ki, Azərbaycan yığmasının yarımmüdafiəçisi Dmitri Nazarovun da formasını geyindiyi bu komandanı bundan sonra Mark Hensel çalışdıracaq.
 
Bu barədə Aue təmsilçisinin rəsmi saytı məlumat yayıb. 35 yaşlı mütəxəssis ötən gün istefaya göndərilən belaruslu Aleksey Şpilevskini əvəzləyib. Lakin onun bu postda müvəqqəti təyin olunduğu vurğulanıb.
 
"Ersgebirge" cari mövsümdə Almaniya ikinci Bundesliqasında 7 oyuna 3 xal toplayıb və sonuncu - 18-ci pillədə qərarlaşıb.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest