İngiltərənin “Everton” klubu heyətini yeni futbolçu ilə gücləndirib. Matc.az xəbər verir ki, Premyer Liqa təmsilçisi “Sanderlend”dən Frensis Okoronkvonu transfer edib.
 
Bu barədə klubun rəsmi saytı məlumat yayıb. 17 yaşlı hücumçu ilə 3 illik müqavilə imzalanıb.
 
“Everton” Frensis üçün “Sanderlend”ə 1 milyon funt-sterlinq ödəyib.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest