InStat Sportun təhlilinə əsasən Topaz Premyer Liqasının VII turunun ən yaxşı oyunçusu məlum olub. Matç.az saytının Peşəkar Futbol Liqasının (PFL) feysbuk səhifəsinə istinadən məlumatına görə, bu, "Zirə"nin müdafiəçisi Miloş Radivoyeviçdi.

Geridə qalan turda "Qəbələ"yə qarşı keçirilən görüşdə serbiyalı futbolçu qapının toxunulmazlığının qorunulmasına kömək etməklə yanaşı, komandasına qələbə qazandıran yeganə qolun da müəllifi olub. Araşdırmalara əsasən Radivoyeviç turun ən yüksək indeksə malik olan futbolçusudu.

Qeyd edək ki, Radivoyeviçin 86-cı dəqiqədə vurduğu qol "Zirə"yə cari mövsümdə ilk qalibiyyəti qazandırıb.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest