İngiltərə Premyer Liqasının bu gün keçirilən "Lester"lə oyunu (4:3) "Vulverhempton"un futbolçusu Dioqo Jota üçün əlamətdar olub. Matç.az xəbər verir ki, yarımmüdafiəçi İngiltərə çempionatları tarixində het-trik edən 2-ci portuqaliyalı olub.
Jotaya qədər yalnız Kriştianu Ronaldo belə göstəriciyə imza atmışdı. Sonuncu 2008-ci ildə "Nyukasl"la oyunda (6:0) MY-nin 3 qolunu vurmuşdu.
Qeyd edək ki, 22 yaşlı portuqaliyalı "Vulverhempton"a ötən yay "Atletiko"dan keçib. Onun transferi 14 milyon avroya başa gəlib.