2015-ci ildə Avropa Liqasının qrupunda "Qəbələ"nin Dortmund "Borussiya"sı ilə matçında da Bebek Bakıya gəlib. Qonaqların 3:1 hesablı qələbəsinə şahid olan xorvatiyalı Samir Zərgərovla Vojislav Stankoviçə xəbərdarlıq edib.

Millətlər Liqasının IV turunun Azərbaycan – Malta matçını idarə edəcək xorvatiyalı baş hakim İvan Bebek dəfələrlə təmsilçilərimiz görüşlərinə təyinat alıb. Matç.az saytı xəbər verir ki, 41 yaşlı ədalət təmsilçisi ölkəmizin əsas yığmasının görüşündə 2-ci dəfə iş başında olacaq.

Bebek AVRO-2008-in Azərbaycan – Portuqaliya görüşündə də fit çalıb. 2007-ci il oktyabrın 13-dəki qarşılaşmada yığmamız 0:2 hesabı ilə uduzub. Matç Aslan Kərimovun meydandan qovulması ilə yadda qalıb. 27-ci dəqiqədə Kriştianu Ronaldoya dirsək zərbəsi vuran kapitan Bebek tərəfindən meydandan qovulub. Xorvatiyalı digər futbolçumuz Saşa Yunisoğluna sarı vərəqə göstərib.

Bebek klublarımızın avrokubok görüşlərində daha çox – 3 dəfə çalışıb. 2005-ci ildə "Neftçi"nin çempionlar Liqasında İslandiya "Hafnarfyordur"u ilə evdəki görüşündə (2:0) yeganə sarı vərəqəni Zaur Tağızadə alıb.

2015-ci ildə Avropa Liqasının qrupunda "Qəbələ"nin Dortmund "Borussiya"sı ilə matçında da Bebek Bakıya gəlib. Qonaqların 3:1 hesablı qələbəsinə şahid olan xorvatiyalı Samir Zərgərovla Vojislav Stankoviçə xəbərdarlıq edib.

2016-cı ildə Bebek yığmamızın baş məşqçisi Qurban Qurbanovun rəhbərlik etdiyi "Qarabağ"la da görüşüb. Ağdamlılar Avropa Liqasının evdəki qrup oyununda "Fiorentina"ya uduzub – 1:2. Rəqibi qırmızı vərəqə ilə cəzalandıran balkanlı referi təmsilçimizin iki üzvü İlqar Qurbanovla Bədavi Hüseynova xəbərdarlıq edib.

5-ci dəfə Azərbaycana gələcək Bebek əvvəlki 4 görüşdə Tofiq Bəhramov adına Respublika stadionuna çıxmışdısa, oktyabrın 14-də Bakı Olimpiya Stadionunda fit çalacaq.

Həftəsonu hakimlər briqadasında yer alacaq baş hakimin köməkçiləri olan Tomislav Petroviçlə Miro Qrqiç, həmçinin dördüncü hakim Qoran Pataki və əlavə köməkçi hakimlərdən biri Qoran Qabrilo da həm "Qəbələ" – "Borussiya", həm "Qarabağ" – "Fiorentina" görüşlərində də eyni funksiyanı yerinə yetirib.

Qeyd edək ki, xorvatiyalı 2003-cü ildən FİFA hakimidi.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest