"çelsi" Eden Azarı "Real"a satmağa razılıq verib. Matç.az saytının xarici mətbuata istinadən məlumatına görə, London təmsilçisi Belçika millisinin üzvü üçün tələbini də qarşı tərəfə çatdırıb.

28 yaşlı vinger "zadəganlar"ın iki dəfə yeni müqavilə təklifini rədd edib. Bu səbəbdən rəhbərlik onu satmaq qərarına gəlib. Bir müddət əvvəl "kral klubu"ndan 112 milyon avro tələb edən ingilislər bu keçid üçün indi 100 milyon avroya da razıdılar.

Qeyd edək ki, "çelsi" ilə müqavilə müddəti 2020-ci ilin yayına qədər olan Eden Azar bu mövsüm Premyer Liqada 10 qol, 10 assistlə yadda qalıb.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest