"Qarabağ" Antalyada qış təlim-məşq toplanışını davam etdirir. Matç.az-ın klubun rəsmi saytına istinadən məlumatına görə, ağdamlılar dünəni tək məşqlə başa vurub.

Axşam saatlarında baş tutan çalışmada futbolçular isinmə hərəkətlərinin ardından taktiki çalışmaları yerinə yetirib. Daha sonra qapıya zərbələri yerinə yetirən komanda ikitərəfli oyunla məşqi yekunlaşdırıb.

Zədəli futbolçular Reynaldo Silva və Hacıağa Hacılı fizioterapevt nəzarəti altında fərdi məşqlə kifayətlənib.

Qeyd edək ki, "Qarabağ" bu gün çexiya təmsilçisi "Bohemians"la yoxlama görüşündə üz-üzə gələcək.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest