Bu, paytaxt təmsilçisinin Antalyada 2-ci oyunu olub. İlk matçında Macarıstan klubu "Aqvital"a 3:2 hesabı ilə qalib gələn bakılılar daha güclü rəqiblə dueldə heç-heçə ilə kifayətlənib.

Mövsümün ikinci yarısına Türkiyədə hazırlaşan "Səbail" bu gün növbəti oyununu keçirib. Matç.az xəbər verir ki, Aftandil Hacıyevin yetirmələri İsveçrə təmsilçisi "Sürix"lə görüşüblər.

Bu, paytaxt təmsilçisinin Antalyada 2-ci oyunu olub. İlk matçında Macarıstan klubu "Aqvital"a 3:2 hesabı ilə qalib gələn bakılılar daha güclü rəqiblə dueldə heç-heçə ilə kifayətlənib.

Ağabala Ramazanovun ilk yarıda vurduğu top təmsilçimizi önə çıxarıb. Lakin bakılılar üstünlüyünü qoruya bilməyib. "Səbail" fasilədən sonra bərabərlik qolunu buraxıb. Bu, komandanın Antalyada ilk heç-heçəsi olub.

Yoxlama oyunu

19 yanvar

"Səbail" (Azərbaycan) – "Sürix" (İsveçrə) - 1:1

Qol: Ağabala Ramazanov, 37

Antalya. "Miracle Resort" otelin meydançası

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest