Son klubu "Samsunspor" olan 33 yaşlı hücumçu paytaxt təmsilçisi ilə münasibətləri rəsmiləşdirib.

Qış fasiləsi gəlməmiş "Keşlə" transferlərini həyata keçirməkdə davam edir. Matç.az-ın klubun rəsmi saytına istinadən məlumatına görə, paytaxt təmsilçisi daha bir oyunçunu heyətinə qatıb.

Söhbət toqolu Eite Conatandan gedir. Son klubu "Samsunspor" olan 33 yaşlı hücumçu paytaxt təmsilçisi ilə münasibətləri rəsmiləşdirib. Eite yeni komandası ilə mövsümün sonuna qədər müqavilə imzalayıb.

Qeyd edək ki, Eite Conatan karyerası ərzində yalnız Fransa və Türkiyə klublarının formasını geyinib. O, 2007-ci ildən bəri Toqo millisinə çağırılır.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest