Uğursuz transferlərə külli miqdarda pul xərcləyən "Neftçi" rəhbərliyinin bu qış tərəfdarlarını səviyyəli transferlərlə sevindirə bilməməyinin səbəbi məlum olub. Matc.az fanat.az saytına istinadən xəbər verir ki, SOCAR-dan çempionluq uğrunda mübarizə üçün 1 milyon dollar vəsait istəyən rəhbərlik rədd cavabı alıb.

Sponsor şirkət klubdakıların lazımsız futbolçuları göndərməsini və komandanın azad agent statusu daşıyan bacarıqlı əcnəbilərlə gücləndirilməsini tələb edib.

Prezident Kamran Quliyev və idman direktoru Ceyhun Sultanovun "tapıntı" adı ilə Bakı təmsilçisinə "yerləşdirdiyi" Kvame Karikari, Slavko Braliç kimi gəlmələrin böyük məbləğdə təzminat tələb etməsi "yuxarılar"ın bu qərarında həlledici rol oynayıb.

 

 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest