Almaniya təmsilçisi "Ştutqart" yeni transferini açıqlayıb. Matç.az xəbər verir ki, Bundesliqa klubu 18 yaşlı müdafiəçi Ozan Kabakı heyətinə qatıb.

"Qalatasaray"dan transfer olunan futbolçu ilə 2024-cü ilədək müqavilə imzalanıb. Türkiyə klubu bu keçiddən 11 milyon avro qazanıb.

Qeyd edək ki, cari mövsümdə 17 oyuna çıxan mərkəz müdafiəçisi ilə "Roma" və "İnter" də maraqlanırdı.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest