Pərdis Fərcad-Azadın 89-cu dəqiqədə vurduğu top görüşdə yeganə olub. Milliləşən legioner penaltidən fərqlənib.

Antalyada təlim-məşq toplanışında olan daha bir komandamız bu gün birinci yoxlama görüşünü keçirib. Matç.az saytının məlumatına görə, "Zirə" Rumıniya təmsilçisi "Voluntari" ilə qarşılaşıb.

Baş məşqçi Samir Abasovun yetirmələri 2019-cu ilə qələbə ilə başlayıb. Belə ki, matçın taleyini 1 qol həll edib.

Pərdis Fərcad-Azadın 89-cu dəqiqədə vurduğu top görüşdə yeganə olub. Milliləşən legioner penaltidən fərqlənib.

Qeyd edək ki, "Zirə" Antalya toplanışı çərçivəsində həmçinin Ukrayna "Vorskla"sı (23 yanvar) və Makedoniya "Şkupi"si (26 yanvar) ilə üz-üzə gələcək.

Yoxlama görüşü

18 yanvar

"Zirə" - "Voluntari" (Rumıniya) - 1:0

Qol: Pərdis Fərcad-Azad, 89 (p) 

Antalya

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest