Antalyada təlim-məşq toplanışında olan "Keşlə" sabah ilk yoxlama görüşünü keçirəcək. Matç.az-ın klubun rəsmi saytına istinadən məlumatına görə, özbəkistanın U-23 yığması ilə qarşılaşacaq bakılıların oyununun başlama saatı dəyişdirilib.

Əvvəlcədən oyunun Bakı vaxtı ilə 18:00-da keçirilməsi planlaşdırılırdı. Lakin tərəflər arasında anlaşmaya görə, "Arkadia" otelinin meydançasındakı görüş 19:30-a keçirilib.

Qeyd edək ki, "Keşlə" həmçinin yanvarın 23-də "Atırau" (Qazaxıstan), 25-də isə "çertanovo" (Rusiya) ilə üz-üzə gələcək. Ayın 20-si üçün rəqib hələ bəlli deyil.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest