Antalyada təlim-məşq toplanışında olan "Səbail" yanvarın 19-da növbəti yoxlama görüşünə çıxacaq. Matç.az-ın klubun rəsmi feysbuk səhifəsinə istinadən məlumatına görə, "Sürix"lə keçiriləcək görüşün başlama saatı müəyyənləşib.

İsveçrəlilərlə "Miracle Resort" idman kompleksinin stadionunda keçiriləcək qarşılaşmanın start fiti 17:00-da səslənəcək.

Qeyd edək ki, "Səbail" Antalyadakı ilk yoxlama matçında Macarıstan təmsilçisi "Aqvital" üzərində 3:2 hesablı qələbə qazanıb.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest