"Arsenal"ın yarımmüdafiəçisi Aron Remsinin "Yuventus"a keçəcəyi dəqiqləşib. Matç.az xəbər verir ki, bu barədə məlumatı İtaliya mətbuatı yayıb.

Bildirilir ki, Uels yığmasının üzvü Madrid klinikalarının birində "qoca sinyora" tərəfindən tibbi müayinədən keçib və ardından müqavilə imzalayıb. 29 yaşlı orta sahə oyunçusu mövsümün sonunda rəsmən "Yuventus"un oyunçusu olacaq. Onun həmin vaxt "Arsenal"la müqavilə müddəti bitəcəyi üçün bu keçid italyanlara havayı başa gələcək.

Müqavilənin detalları barədə rəsmi məlumat verilməsə də, Remsinin "Yuve" ilə 5 illik sözləşməyə qol çəkməsi və illik məvacibinin 7,5 milyon avro olması gözlənilir.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest