"Matçın əvvəllərindəki çıxışdan məmnun qaldıq. Komanda tapşırılan bütün tələbləri dəqiqliklə yerinə yetirdi. Ancaq unutmayaq ki, futbolçular ağır yükləmədən sonra meydana çıxmışdılar"

"Növbəti yoxlama görüşünü keçirdik və komandamızın hazırlıq səviyyəsinə baxmaq üçün ümumi qrupda çalışan bütün futbolçulara şans verdik". Matç.az saytının məlumatına görə, bunu "Tobol"un baş məşqçisi Vladimir Qazzayev deyib.

O, klubun rəsmi saytına açıqlamasında "Sabah"la dünən keçirilən yoxlama görüşünü dəyərləndirib: "Matçın əvvəllərindəki çıxışdan məmnun qaldıq. Komanda tapşırılan bütün tələbləri dəqiqliklə yerinə yetirdi. Ancaq unutmayaq ki, futbolçular ağır yükləmədən sonra meydana çıxmışdılar. Yeniliklərlə bağlı problem yaşadıq ki, indiki mərhələdə bu, normaldı. Eyni zamanda "Sabah" da təzələnmiş gücdə görünürdü. Hesabda 0:2 geriyə düşdükdən sonra uşaqlar xarakter nümayiş etdirdilər. Bunun da nəticəsində hesabı bərabərləşdirdik. Gənc oyunçularımız özlərini heç də pis göstərmədilər. İndi hər oyun informasiya xarakteri daşıyır. Bəli, bir sıra səhvlərə yol verdik. Bunun üzərində çalışacağıq və oyun keyfiyyətimizi artıracağıq. Hazırlıq plan üzrə davam edir".

Qeyd edək ki, 2:2 hesabı ilə başa çatan görüşdə "Sabah"ın qollarına Rəşad Eyyubov və Cavid İmamverdiyev imza atıb.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest