İtaliya Super Kubokunda qalib bəlli olub. Matç.az saytının məlumatına görə, həlledici görüş Səudiyyə Ərəbistanının Ciddə şəhərində "Kral Abdullah" stadionunda keçirilib.

Əsas mükafat uğrunda "Yuventus"la "Milan" qarşılaşıb. Oyunun taleyini isə 1 qol həll edib.

Kristiano Ronaldo 61-ci dəqiqədə Miralem Pyaniçin ötürməsini qola çevirərək "qoca sinyora"ya mövsümün ilk kubokunu qazandırıb.

Qeyd edək ki, "Milan" 73-cü dəqiqədə Kessienin qırmızı vərəqə alması ilə matçı 10 nəfərlə başa vurub.

 

İtaliya Super Kuboku

"Yuventus" – "Milan" – 1:0

Qol: Ronaldo, 61

"Kral Abdulla" stadionu, Ciddə

 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest