"İki çətin səfər oyunu keçirəcəyik. Üzərimizdə təzyiq var və bu, belə görüşlər üçün problem yaratmır. Əgər kollektiv şəkildə mübarizə aparsaq,,,"

"İstənilən futbolçunun təzyiq altında olması normaldı. Əslində, bu, əksər hallarda müsbət nəticə verir". Matç.az saytının məlumatına görə, bunu Malta yığmasının yarımmüdafiəçisi Pol Feneç deyib.

32 yaşlı futbolçu yerli mətbuata açıqlamasında UEFA Millətlər Liqasının qrup mərhələsində Kosovo və Azərbaycanla keçiriləcək oyunları dəyərləndirib.

Feneç hər iki səfər matçına psixoloji cəhətdən hazır olduqlarını söyləyib: "İki çətin səfər oyunu keçirəcəyik. üzərimizdə təzyiq var və bu, belə görüşlər üçün problem yaratmır. Əgər kollektiv şəkildə mübarizə aparsaq, hər iki oyunda müsbət nəticə əldə edə bilərik. 90 dəqiqə ərzində kompakt və intizamlı oynamağımız çox vacibdi".

Qeyd edək ki, bu gün Kosovonun qonağı olacaq Malta oktyabrın 14-də Bakıda millimizlə qarşılaşacaq.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest