"Tottenhem"in hücumçusu Harri Keynin durumuna aydınlıq gəlib. Matç.az saytının xarici mətbuata istinadən məlumatına görə, London klubunun qol "silahı" növbəti dəfə tibbi müayinədən keçib.

Nəticədə onun sol ayağında ciddi zədə aşkarlanıb. Həkimlər ulduz futbolçunun mart ayından tez məşqlərə başlamamasına qərar veriblər. Bu isə o deməkdi ki, 25 yaşlı forvard çempionlar Liqasının 1/8 final mərhələsində Dortmund "Borussiya"sı ilə ilk oyunu buraxacaq. Hətta futbolçunun cavab görüşündə iştirakı da sual altındadı.

Qeyd edək ki, Harri Keyn Premyer Liqanın XXII turunda "Mançester Yunayted"lə (0:1) ev qarşılaşmasında topuğundan zədələnib.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest