"Arsenal"ın yarımmüdafiəçisi Məsut özil yenidən İspaniyada çıxış edə bilər. Matç.az saytının xarici mətbuata istinadən məlumatına görə, "Real"ın sabiq üzvü indi də "Atletiko"nun maraq dairəsinə düşüb.

"Topçular"da əsas heyətdəki yerini itirən 30 yaşlı orta sahə oyunçusu rəhbərlik tərəfindən transferə çıxarılıb. İlk olaraq "Yuventus"dan təklif alan özillə indi də "Atletiko" təmasa keçib. Madrid təmsilçisi transfer üçün italyanlardan daha çox - 20 milyon funt-sterlinq təklif edib. Futbolçu özü razılaşarsa, "Arsenal" qarşı tərəfə müsbət cavab verəcək.

Qeyd edək ki, Məsut özil 2010-2013-cü illərdə "Real"da çıxış edib və 6 ildi ki, "Arsenal"ın şərəfini qoruyur.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest