"Sumqayıt" heyətini daha bir futbolçu ilə gücləndirib. "Maşinsazi"nin hücumçusu Peyman Babayi "gənclik şəhəri" təmsilçisi ilə anlaşıb. Klublar arasındakı razılığa əsasən, 24 yaşlı forvard qarşıdakı iki ili icarə əsasında "Sumqayıt"da keçirəcək.

"Sumqayıt" heyətini daha bir futbolçu ilə gücləndirib. Matç.az saytının İran mətbuatına istinadən məlumatına görə, "Maşinsazi"nin hücumçusu Peyman Babayi "gənclik şəhəri" təmsilçisi ilə anlaşıb.

Klublar arasındakı razılığa əsasən, 24 yaşlı forvard qarşıdakı 1,5 ili icarə əsasında "Sumqayıt"da keçirəcək. Hətta rəsmi müqavilə də imzalanıb. İmzalanma mərasimində "Sumqayıt"ın prezidenti Riad Rəfiyev də iştirak edib.

Babayi "kimyaçılar"ın qış fasiləsində 4-cü transferi olub. Ona qədər qapıçılar Rəşad Əzizli, Aydın Bayramov və müdafiəçi Adil Nağıyev heyətə cəlb edilmişdi.

Qeyd edək ki, "Traktorsazi"nin yetirməsi olan Peyman Babayinin "Maşinsazi" ilə müqavilə müddəti 2022-ci ilin yayına qədərdi.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest