"Zenit"in yarımmüdafiəçisi Leandro Paredes İngiltərəyə köçməyə hazırlaşır. Matç.az saytının "Mirror"a istinadən məlumatına görə, Argentina millisinin üzvü "çelsi" ilə, nəhayət ki, anlaşıb.

30 yaşlı futbolçunun meneceri "zadəganlar"la görüş zamanı müqavilənin detallarını razılaşdırıb. Klublar da artıq ortaq məxrəcə gəliblər. Transferin yaxın günlərdə rəsmiləşməsi gözlənilir. Paredesin keçidi "çelsi"yə 35-40 milyon avroya başa gələcək.

Qeyd edək ki, Leandro Paredes "Zenit"ə 2017-ci ildə "Roma"dan keçib.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest