"Barselona"nın yarımmüdafiəçisi Paulinyonun çin klubu "Quançjou Everqrand"a transferi rəsmiləşib. Matç.az xəbər verir ki, bu barədə məlumatı Kataloniya klubu rəsmi saytı vasitəsilə yayıb.

ötən mövsümün əvvəlində "Quançjou Everqrand"da icarə əsasında çıxış edən braziliyalı futbolçu artıq birdəfəlik transfer olunub. Bu keçid ispanlara 50 milyon avro qazandırıb. 30 yaşlı oyunçu çin klubunun heyətində keçirdiyi 19 oyunda 13 qol, 7 məhsuldar ötürmə ilə yadda qalıb.

Qeyd edək ki, Paulinyo "Barselona"ya 2017-ci ildə 40 milyon avro müqabilində məhz "Quançjou Everqrand"dan keçmişdi.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest