Ölkə daxilində toplanış keçən "Pyast" yanvarın 20-də Antalyaya yollanacaq. Qliviçke təmsilçisi səfərə 29 oyunçu ilə çıxacaq. Baş məşqçi Valdemar Fornalik yetirmələrini ilk olaraq məhz "Qarabağ"la oyunda sınayacaq.

Antalyada təlim-məşq toplanışında olan "Qarabağ" sabah ilk yoxlama görüşünə çıxacaq. Matç.az saytının Polşa mətbuatına istinadən məlumatına görə, Azərbaycan çempionunun 4-cü rəqibi olan "Pyast" Türkiyə səfərinə hazırlaşır.

ölkə daxilində toplanış keçən "Pyast" yanvarın 20-də Antalyaya yollanacaq. Qliviçke təmsilçisi səfərə 29 oyunçu ilə çıxacaq. Baş məşqçi Valdemar Fornalik yetirmələrini ilk olaraq məhz "Qarabağ"la oyunda sınayacaq.

Yanvarın 23-də ağdamlılarla qarşılaşacaq "Pyast" Antalyada daha 3 matç keçirəcək. Belə ki, komanda yanvarın 26-da "Bohemians" (çexiya), 29-da Plovdiv "Lokomotiv"i (Bolqarıstan), fevralın 2-də isə "Zarya" (Ukrayna) ilə üz-üzə gələcək.

Qeyd edək ki, "Bohemians" yanvarın 19-da "Qarabağ"la qarşılaşacaq.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest