Antalyada təlim-məşq toplanışında olan "Neftçi" hazırlıq çərçivəsində əvvəlcədən nəzərdə tutulduğu kimi 3 yox, 4 yoxlama oyunu keçirəcək. Matç.az klubun rəsmi saytına istinadən xəbər verir ki, buna səbəb İran təmsilçisi "İstiqlal"dan gələn təklifdi.

Sınaq görüşü ilə bağlı təklifi müsbət dəyərləndirən bakılılar yanvarın 20-də Tehran təmsilçisi ilə qarşılaşacaq. "Arslan Zeki Demirci" İdman Kompleksinin meydanında baş tutacaq görüş Bakı vaxtı ilə saat 16:30-da start götürəcək.

Qeyd edək ki, Manavqat bölgəsindəki "The Sense De Luxe" otelində məskunlaşan "Neftçi" hazırlıq çərçivəsində yanvarın 18-də "Qaz Metan" (Rumıniya), 23-də "Slovan" (çexiya), 26-da isə "Beroe" (Bolqarıstan) ilə qarşılaşacaq.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest