Azərbaycan millisinin yarımmüdafiəçisi Anatoli Nuriyev Ukraynanın "Kolos" komandasında növbəti matçına çıxıb. Matc.az xəbər verir ki, onun komandası Ukrayna Premyer Liqasının 2-ci turu çərçivəsində "Metallist"lə qarşılaşıb.
 
"Kolos" doğma meydanda baş tutan bu görüşdən qələbə ilə ayrılıb – 1:0. Oyuna start heyətdə başlayan Nuriyev, 64-cü dəqiqədə əvəzlənib.
 
"Kolos" 2 turdan sonra 4 xalla 2-ci pillədə qərarlaşıb.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest