Antalyada təlim-məşq toplanışında olan "Qarabağ"ın düşərgəsinə baş çəkən "TRT Spor" telekanalı komandanın hazırlıq prosesindən reportaj hazırlayıb. Matç.az saytı xəbər verir ki, həmkarlarımız həmçinin ağdamlıların kapitanı Rəşad Sadıqovun fikirlərini öyrənib.

Mövsümün ilk yarısını dəyərləndirən müdafiəçi ikinci yarıda onları daha çətin oyunların gözlədiyini söyləyib: "çempionatda çətin oyunlar keçirəcəyik. Əsas rəqibimiz "Neftçi" bizdən 3 xal öndədi. üstəlik, ilk oyunumuz da onlara qarşı olacaq. Yenə çempion olmaq istəyirik və sona qədər mübarizə aparacağıq. Yekunda necə nəticələnəcəyini Allah bilir".

Karyerası ərzində Türkiyədə "Kayserispor", "Kocaelispor" və "Eskişehirspor"un formasını geyinmiş Sadıqov Superliqadakı mübarizəyə də toxunub. 36 yaşlı futbolçu "Başakşəhər"in çempionluğunu arzulayır: "Bu mövsüm "Başakşəhər"in çempion olmağını istəyirəm. çünki Abdullah Avcı buna layiqdi. Komanda şəklində də layiqdilər. Onların çempionluğunu ürəkdən istəyirəm".

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest