"Tottenhem" ciddi itki ilə üzləşib. Matç.az saytının "Guardian"a istinadən məlumatına görə, komandanın lideri Harri Keyn sıradan çıxıb.

Forvard Premyer Liqanın XXII turu çərçivəsində "Mançester Yunayted"lə (0:1) ev qarşılaşmasında topuğundan zədələnib. İlkin ehtimala görə, o, bir ay komandasına kömək edə bilməyəcək. Lakin şiş tam çəkildikdən sonra daha bir tibbi müayinəyə ehtiyac duyulacaq. Ondan sonra dəqiq diaqnoz qoymaq mümkün olacaq. Onun fevralın 13-də çempionlar Liqasının 1/8 final mərhələsində Dortmund "Borussiya"sı ilə ilk görüşü buraxacağı ehtimal edilir.

Qeyd edək ki, Harri Keyn bu mövsüm Premyer Liqada 22 oyun keçirib, 14 qol, 4 məhsuldar ötürmə ilə yadda qalıb.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest