"Bir çox futbol adamı "Samsunspor"u ziyarət etmək üçün mənimlə əlaqə saxlayıb. Onları tez-tez qonaq edəcəyik"

"Samsunspor"un baş meneceri Mustafa Aztopal gələcəklə bağlı hədəflərini açıqlayıb. Matç.az saytının yerli mətbuata istinadən məlumatına görə, "Qəbələ"nin sabiq kommersiya direktoru məqsədlərinin Superliqaya çıxmaq olduğunu deyib.

O, ölkəmizlə yaxşı əlaqələrinin qaldığını da vurğulayıb: "Bu, bizə görə olan liqa deyil. May ayında burdan qurtulub, I liqadakı mübarizəyə hazırlaşmalıyıq. Bir ildən sonra da Superliqada olmalıyıq. ölkə xaricində əlaqələrim var. İki il Azərbaycanda, iki il Hollandiyada və təhsil üçün bir il İngiltərədə oldum. Bu ölkələrlə yaxşı əlaqələrim mövcuddu. Bunlar gələcəkdə transfer məsələlərində işimizə yarayacaq. Bir çox futbol adamı "Samsunspor"u ziyarət etmək üçün mənimlə əlaqə saxlayıb. Onları tez-tez qonaq edəcəyik".

Qeyd edək ki, "Samsunspor" II liqanın Ağ Qrupunda 18 komanda arasında 3-cü pillədə qərarlaşır.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest