ölkənin aparıcı azarkeş qrupu "Forza Neftçi"nin lideri Sübhan Əliyevin matc.az-a müsahibəsindən sonra hamıya gün kimi aydın oldu ki, fanatlar məhz "Neftçi"nin prezidenti Kamran Quliyevə görə tribunalara gəlmir! Fevralın 3-də "Qarabağ"la baş tutacaq görüşdə də "Forza Neftçi" tribunada olmasa və hansısa möcüzə yaşanmasa, "ağ-qaralar" çempionluq yolunda əsas rəqibindən məğlubiyyət alacaq. çünki mövsümün birinci yarısında qazanılan istisnasız bütün uğurlarda azarkeşlərin payı əvəzedilməzdi!

Kamran Quliyev isə elə fikirləşir ki, bu nəticələri komandaya gətirdiyi "dahi legionerlər" qazanır. Vaxtilə "Sumqayıt"da işlədiyi dövrdə mediadan müxtəlif ləqəblər alan "xarizmatik" prezident azarkeşləri küsdürəndən sonra "Neftçi"nin əsl gücü bilindi.

O, büdcəsinə görə bəlkə də 10 dəfə özündən zəif olan keçmiş klubuna biabırçı şəkildə uduzub, kubokla vidalaşan "flaqman"ı da artıq acınacaqlı vəziyyətə salıb. Kubokdan erkən kənarlaşdırılan komandanın çempionatdakı durumu sizi aldatmasın. Bu gedişlə zirvədəki yerin ömrünə günlər qalır.

Klubun sıravi işçilərindən sponsorlarına, futbolçulardan azarkeşlərə, media təmsilçilərindən futbol təsərrüfatının rəhbərlərinə hamı Kamran Quliyevdən dad aman edir. Görünən budu ki, ən köklü futbol komandamızdakı ab-havanı tam korlayan Kamran müəllimə son "yağlı tikə" Türkiyədəki təlim-məşq toplanışıdı; Allah bilir, illərdi "Gənclik şəhəri"nin komandasını apardığı Manavqatdakı oteldən və qış fasiləsindəki transferlərdən nə qazandı qazandı. Ardınca "Qarabağ"la oyun və ..."əlvida "Neftçi".

öncədən yazdığımız kimi, mart və ya may deyil fevral, dəqiq desək gələn ayın 3-ü Kamran Quliyevin futbolla vidalaşacağı gün ola bilər.

Təbii ki, özü istefa verməyəcək. İstefa versə elə indi verər. Hələlik, azarkeş üzünə həsrət qoyduğu "xalq komandası"nın minlərlə tərəfdarının istəyini qulaqardına vurub kreslosundan ikiəlli yapışıb. Amma sumqayıtlılara, rəhbərlik etdiyi kluba, "Neftçi"nin əvvəlki prezidenti olmuş dostu Orxan Hüseynzadəyə xəyanət edən birindən asan-asan istefa verəcəyini gözləmək sadəlövhlük olar. Eybi yox, görünən dağa bələdçi lazım deyil. Bir ay tez, bir ay gec -  qovulma anı uzaqda deyil. Artıq hamının səbri tükənib. Onu "Neftçi"də əvəzləyəcək namizədlər də bilinir. "Forza Neftçi" başqanı Sübhan Əliyev klubun sadiq tərəfdarlarının "Neftçi" tarixinin unudulmaz prezidentlərindən mərhum Rasim Rəfiyevin oğlu Riad Rəfiyevin atasının yolunu davam etməsinin əleyhinə olmadığını bildirib. Bütün bunlardan sonra  özünə hörmət edən kim olsa, istefa mədəniyyəti göstərib başqa iş axtarar. Amma "Neftçi"yə gəldiyi bir il olmasa da, saysız hesabsız bağışlanılmaz səhvlər buraxan Quliyev fərqli yol tutub: gah gülməli sponsorluq anlaşmalarını reklam edərək camaatın fikrini yayındırmaqla "iş görürəm" görüntüsü yaratmağa çalışır, gah zənglərinə cavab verməyən futbol rəhbərlərinə yalvarır, gah da vəzifəcə özündən kiçik adamlara yarınmaqla özünə dayaq axtarır.

Küsdürdüyü illərin azarkeşlərinə də yalvar-yaxar, tribunaya geri qayıtmaq üçün elçilər göndərmək də öz yerində. Bu adamın istefa mədəniyyəti olsa, evdə 3:1 məğlub edilən "Uypeşt"ə səfərdə 0:4 hesablı rəzalətdən sonra sözünü demişdi.

Quliyev əsasən azarkeşlərin fantastik dəstəyi, bəzən də hakimlərlə yaxın münasibətlərinin hesabına bir-iki qələbə qazanandan sonra özünü azarkeşlərdən də, ona daim dəstək verən rəhbərlərdən də üstün gördü. Bunun nəticəsi isə özünü çox gözlətməyəcək. Futboldan tam uzaqlaşdırılmaqla yaxasını qurtara bilsə böyük şeydi, gedib sakitcə biznesləri ilə məşğul olar. Məsələn, əvvəllər yazdığımız forma biznesi ilə.

Sonda gündə 5 dəfə namaz qılan Kamran müəllimdən soruşmaq istəyirik ki, klubun büdcəsini mənimsəmək, futbolçulardan "otkat" almaq, hakim və rəqib futbolçularla əvvəldən razılığa gəlmək, başqalarının haqqını yemək haramdı?

Cavabı tezliklə yuxarılar verəcək!

 

 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest