Futzal üzrə UEFA çempionlar Liqasının ilkin mərhələsində iştirak edəcək "Araz" (Naxçıvan) heyətini gücləndirmək istiqamətində çalışmalarını davam etdirir. Matc.az xəbər verir ki, komanda iki braziliyalı futzalçı ilə anlaşıb. 28 yaşlı Conatas Felipe və 24 yaşlı Emanoel Rodriqes mövsümün sonuna qədər ölkə çempionunun formasını geyinəcək. 
 
Felipe Braziliyanın "Pato" klubundan transfer olunub. Rodriqes isə həmyerlisindən fərqli olaraq Avropada legioner həyatı yaşamağı bacarıb. O, Qazaxıstanın "Atırau" klubunda çıxış edib. Bununla da "Araz"ın heyətindəki braziliyalı futzalçıların sayı üçə çatıb. Onlara qədər Murilo Borges baş məşqçi Joze Alesio Da Silvanın sərəncamında idi.
 
Qeyd edək ki, "Araz" çempionlar Liqasının ilkin mərhələsində avqustun 21-də "Europa", ertəsi gün "Kampuksen Dinamo", avqustun 24-də isə "Raba" klubu ilə qarşılaşacaq. Təmsilçimizin yer aldığı qrupun oyunları Latviyada təşkil olunacaq.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest