Bu gün AFFA İntizam Komitəsinin (İK) iclası keçirilib. Matç.az saytının məlumatına görə, toplantıda aşağı yaş qrupu üzrə çempionatlarda baş vermiş neqativ hallar müzakirə edilib.

Xüsusən də, U-13 Qızlar Liqasında iki komanda sərt şəkildə cəzalandırılıb. UGİM (Şəki) – UGİM (Qax) matçında birincilər oyunun 15-ci dəqiqəsində meydanı özbaşına tərk etdiyi üçün 0:3 hesablı texniki məğlubiyyətə düçar olub.

Həmçinin "Qabaqçöl" (Balakən) – UGİM (Qax) qarşılaşmasında "Qabaqçöl" eyni cəza ilə üzləşib. Buna səbəb Balakən təmsilçisinin heyətində yetərsay olmamasıdı.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest