İranın "İstiqlal" klubu "Neftçi" ilə yoxlama görüşü keçirmək istəyir. Matç.az xəbər verir ki, bu barədə İran mətbuatı məlumat yayıb.

Bildirilir ki, çempionlar Liqasına hazırlaşan "İstiqlal" Antalyada təlim-məşq toplanışındadı. Tehran təmsilçisinin Türkiyədə "Neftçi" ilə üz-üzə gəlmə ehtimalı var. Lakin qarşılaşmanın tarixi hələ bəlli deyil.

Qeyd edək ki, "Neftçi" öncədən Antalyada 3 yoxlama görüşü planlaşdırıb. Rəqib kimi isə "Qaz Metan" (Rumıniya - 18 yanvar), "Slovan" (çexiya - 23 yanvar) və "Beroe" (Bolqarıstan - 26 yanvar) seçilib.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest