Tokio-2020-də qadın futbolçuların mübarizəsi davam edir.
 
Matc.az xəbər verir ki, bu gün qrup mərhələsinə yekun vurulub. E qrupunda ilk iki pillənin sahibləri Böyük Britaniya və Kanada arasında oynanılan matç bərabərliklə yekunlaşıb. Yaponiya isə Çilini məğlub edib.
 
F qrupunda Niderland millisi Çini 8:2 hesabı ilə darmadağın edib. Braziliya isə Zambiyanı minimal fərqlə üstələyib. 
 
G qrupunda İsveç üçüncü matçından da qalib ayrılıb. Bu səfər isveçli xanımlar Yeni Zelandiyadan güclü olub - 2:0. ABŞ - Avstraliya oyununda isə qol vurulmayıb.
 
E qrupu
 
Kanada - Böyük Britaniya - 1:1
Qollar: Leon (55) - Prinse (85-öz qapısına)
 
Çili - Yaponiya - 0:1
Qol: Tanaka (77)
 
Turnir cədvəli: 1. Böyük Britaniya (7), 2. Kanada (5), 3. Yaponiya (4), 4. Çili (0).
 
F qrupu
 
Braziliya - Zambiya - 1:0
Qol: Andressa (19)
 
Niderland - Çin - 8:2
Qollar: Van de Sanden (12), Beerensteyn (37; 45+2), Martens (47), Midema (65, 76), Martens (70), Pelova (71) - Şanşan (28), Vanq (69)
 
Turnir cədvəli: 1. Niderland (7), 2. Braziliya (7), 3. Zambiya (1), 4. Çin (1).
 
 
G qrupu
 
Yeni Zelandiya - İsveç - 0:2
Qollar: Anveqard (17), Yanoqi (29)
 
ABŞ - Avstraliya - 0:0
 
Turnir cədvəli: 1. İsveç (9), 2. ABŞ (4), 3. Avstraliya (4), 4. Yeni Zelandiya (0).
 
Beləliklə, qruplarında ilk iki pilləni tutan komandalar - Böyük Britaniya, Kanada, Niderland, Braziliya, İsveç və ABŞ 1/4 finala vəsiqə qazanıblar. Sözügedən komandalarla yanaşı, ən yaxşı qrup üçüncüsü kimi Yaponiya və Avstraliya da mərhələ adlayıblar. 1/4 final cütləri belə olacaq:
 
Böyük Britaniya - Avstraliya
 
İsveç - Yaponiya
 
Niderland - ABŞ
 
Kanada - Braziliya
 
Növbəti mərhələnin görüşləri iyulun 30-da keçiriləcək.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest