27 İyul 2021, 13:23
                
                
                
                                ÇEMPİONLAR LİQASI 
                                
                
               
              
				 
 
	Yunanıstanın "Olimpiakos" klubunun futbolçusu Matye Valbuena UEFA çempionlar Liqasının 2-ci təsnifat mərhələsi çərçivəsində "Neftçi"yə qarşı keçirəcəkləri cavab oyunu öncəsi fikirlərini bölüşüb. Matc.az xəbər verir ki, fransalı yarımmüdafiəçi bu gün Yunanıstanda təşkil olunan mətbuat konfransında Bakıdakı oyunun çətin keçəcəyini bildirib:
	"İlk oyundakı kimi cavab görüşündə da çətinliklər olacaq. Meydanda əlimizdən gələni edəcəyimizə əminəm".
	İyulun 28-də 8-ci km stadionunda keçiriləcək "Neftçi" – "Olimpiakos" matçı saat 20:00-da başlayacaq. Bakılılar ilk oyunda 0:1 hesabı ilə məğlub olub.

            
 










