Əvsanəvi braziliyalı futbolçu Rivaldonun oğlu Rivaldinyonun "Neftçi"yə keçmək şansı artır. Matç.az saytı xəbər verir ki, bunu Bolqarıstan mətbuatı yayıb.

Məsələ burasındadı ki, Premyer Liqa klubunun maraq dairəsində olan hücumçu hazırda müqavilə ilə məxsus olduğu "Levski"yə lazım deyil. Bolqarıstan təmsilçisi onu mövsümün sonuna qədər icarəyə verməyi və yayda birdəfəlik satmağı planlaşdırır. 23 yaşlı forvardın yaxın günlərdə "Neftçi"nin Antalyadakı təlim-məşq toplanışına qatılması istisna edilmir.

Lakin onun Rumıniyaya dönmək ehtimalı da az deyil. Buxarest "Dinamo"sunun sabiq üzvünü indi də "Vitorul" mövsümün sonuna qədər icarəyə götürməyə çalışır.

Rivaldinyonun karyerasına nəzər yetirdikdə, atası kimi parlaq görünmür. Cəmi 23 yaşı olmasına baxmayaraq, heç cür bir yerdə qərar tuta bilmir. Futbolçu, demək olar ki, 6 aydan bir klub dəyişməklə məşğuldu. Rivaldinyo bu mövsüm "Levski"nin heyətində cəmi 5 oyunda meydana olub və ümumilikdə 49 dəqiqə iştirak edib.

Qeyd edək ki, Rivaldinyonun Sofiya təmsilçisi ilə müqavilə müddəti gələn ilin yayına qədərdi.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest