25 İyul 2021, 16:45
                
                
                
                                ÇEMPİONLAR LİQASI 
                                
                
               
              
				 
 
	UEFA çempionlar Liqasının II təsnifat mərhələsində "Neftçi" və Yunanıstan "Olimpiakos"u arasında keçiriləcək cavab görüşünün biletləri 26 iyul saat 12:00-da satışa çıxarılacaq. Matc.az xəbər verir ki, bu barədə paytaxt klubunun rəsmi saytı məlumat yayıb.
	Qiyməti 5 manat (1A, 2A, 4A, 5A, 1B, 2B), 10 manat (3B) və 20 manat (3A) təşkil edən biletləri "Bakcell Arena"nın kassalarından əldə etmək olar. Kassalar saat 21:00-dək işləyəcək.
	Qeyd edək ki, iyulun 28-də "Bakcell Arena"da keçiriləcək "Neftçi" – "Olimpiakos" oyununa saat 21:00-da start veriləcək.
				
         	
                                             
               
            
 










