"Sumqayıt" Topaz Premyer Liqasının ikinci dövrəsinə hazırlığı davam etdirir. Matç.az saytının məlumatına görə, "kimyaçılar" bu gün Antalyada ilk sınaq matçına çıxıblar.

Ayxan Abbasovun komandasının rəqibi Qazaxıstan təmsilçisi "Jetısu" olub. Əslində bu görüş dünən keçirilməli idi. Lakin əlverişsiz hava ucbatından komandalar bu gün üz-üzə gəlməyə razılıq veriblər. Bu gün baş tutan qarşılaşmada isə komandalar hərəyə 1 qol vurublar. Təmsilçimizin heyətində ülvi İsgəndərov fərqlənib.

Qeyd edək ki, "Sumqayıt" Antalyada əlavə 3 yoxlama oyunu daha keçirəcək. Ayxan Abbasovun rəhbərlik etdiyi kollektiv yanvarın 19-da Bosniya və Herseqovinanın "çelik", 22-də Makedoniyanın "Vardar", 26-da isə Serbiyanın "Zemun" klubu ilə qarşılaşacaq.

Hazırlıq oyunu

16 yanvar

"Sumqayıt" - "Jetısu" (Qazaxıstan) - 1:1

ülvi İsgəndərov, 50

Antalya

 

 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest