"Oyundan oyuna inkişaf gələcək. Sabahkı oyun üçün gözləntimiz var. Azarkeşlərin yanımızda olmasının nə qədər vacib olduğunu bilirik. Bütün komanda bunu gözləyir"

"Fərqli zamandı. Oyunun ritmini tapmağa çalışacağıq. Yaratdığımız hər epizoddan faydalanmalıyıq. Biz oyuna öz ritmimizi tətbiq etmək istəyirik. Azarkeşlər də bizə əlavə təkan verəcəklər". Matc.az  xəbər verir ki, bunu Yunanıstanın "Olimpiakos" klubunun futbolçusu Andreas Buxalakis evdə "Neftçi" ilə keçirəcəkləri UEFA çempionlar Liqasının II təsnifat mərhələsinin ilk oyunundan əvvəl keçirilən mətbuat konfransında söyləyib.
 
O bildirib ki, komandasının bu turnirdə təcrübəsi var: "Düzdü, tam hazır deyilik. Amma topu hara vuracağımızı bilirik. Oyundan oyuna inkişaf gələcək. Sabahkı oyun üçün gözləntimiz var. Azarkeşlərin yanımızda olmasının nə qədər vacib olduğunu bilirik. Bütün komanda bunu gözləyir. Hədəfimiz böyükdür. Mən çempionlar Liqasının qruplarına çıxmağı bacarmışam. çempionlar Liqası qruplarında oynamağın bizim üçün nə qədər vacib olduğunu bilirik".
 
 
Buxalakis "Neftçi"nin oyunlarını izlədiyini və güclü futbolçulardan ibarət olduğunu söyləyib. O, xüsusən ön xətt futbolçularını fərqləndirib.  

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest