Portuqaliyanın "Olhanense" klubunda baş məşqçi Edqar Davidslə yollar ayrılıb. Matc.az xəbər verir ki, bu barədə "A Bola" nəşri məlumat yayıb. Davidsin müqaviləsinə qarşılıqlı razılaşma əsasında xitam verilib.
 
Davids bu ilin yanvarından "Olhanense"ni çalışdırırdı. Komanda onun rəhbərliyi ilə 3-cü divizionda ötən mövsümü 3-cü sırada bitirib.
 
Davids bundan əvvəl – 2012-2014-cü illər aralığında "Barnet"ə rəhbərlik edib. 48 yaşlı məşqçi futbolçu karyerası dönəmində "Ayaks", "Milan", "Yuventus", "Barselona", "İnter", "Tottenhem", "Kristal Pelas" kimi klublarda çıxış edib.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest