Serbiyanın "Çukariçki" klubunun yarımmüdafiəçisi Srcan Miyailoviç Avropa Konfrans Liqasının 2-ci təsnifat mərhələsi çərçivəsində "Sumqayıt"a qarşı keçirəcəkləri oyunlar öncəsi fikirlərini bölüşüb.

Serbiyanın "çukariçki" klubunun yarımmüdafiəçisi Srcan Miyailoviç Avropa Konfrans Liqasının 2-ci təsnifat mərhələsi çərçivəsində "Sumqayıt"a qarşı keçirəcəkləri oyunlar öncəsi fikirlərini bölüşüb. Matc.az xəbər verir ki, Serbiya yığmasına da dəvət alan 27 yaşlı futbolçu klubun rəsmi saytına müsahibəsində Azərbaycan təmsilçisi ilə görüş barədə bunları söyləyib:
 
"Püşkatma zamanı Azərbaycan təmsilçisi barədə demək olar ki, heç bir məlumatımız yox idi. Amma "çukariçki"nin mütəxəssisləri geridə qalan müddət ərzində bu komanda yetərincə informasiya toplaya bilib. Avrokuboklarda asan rəqib yoxdur. "Sumqayıt"ın da üstün və zəif cəhətləri var. İlk oyun çox şeyə aydınlıq gətirə bilər. çox ümid edirəm ki, bu oyunda biz tribunalardan da böyük dəstək alacağıq. Eşitdiyimə görə, oyuna giriş pulsuz olacaq. Əminəm ki, azarkeşlərimiz bizə əlavə impuls verə və komandamızı qələbəyə daşıya biləcəklər".
 
"Sumqayıt" – "çukariçki" cütünün qalibi III təsnifat mərhələsində "Hammarbü" (İsveç) – "Maribor" (Sloveniya) duelinin güclüsü ilə üz-üzə gələcək. Miyailoviç isə hadisələri qabaqlamaq istəmədiyini söyləyib:
 
"Biz bu barədə qətiyyən düşünmürük. Hazırda bütün diqqətimiz "Sumqayıt"la oyunlara yönəlib. Hələ üçüncü təsnifat mərhələsinə çox var. Qarşıda "Sumqayıt"la oyun, daha sonra çempionat görüşü var. Addım-addım irəliləməliyik. Kifayət qədər yaxşı olsaq, üçüncü təsnifat mərhələsindən də danışmağa vaxtımız olacaq".

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest