ABŞ-ın "Atlanta Yunayted" klubu baş məşqçisi Qabriel Hayntseni istefaya göndərib. Matc.az xəbər verir ki, bu barədə MLS təmsilçisinin rəsmi saytı məlumat yayıb.
 
Xəbərdə argentinalı mütəxəssislə müqaviləyə xitam verildiyi diqqətə çatdırılıb. Onun vəzifəsi müvəqqəti olaraq Rob Valentinoya həvalə olunub.
 
43 yaşlı mütəxəssisin istefasına komandanın cari mövsümdəki uğursuz çıxışı səbəb olub. MLS təmsilçisi Hayntsenin rəhbərliyi altında meydana çıxdığı 13 oyunda cəmi 2 qələbə (7 heç-heçə və 4 məğlubiyyətlə yanaşı) qazana bilib. 13 oyuna 13 xalı olan kollektiv 14 iştirakçı arasında 10-cu pillədə qərarlaşıb.
 
Qeyd edək ki, Hayntse 2020-ci ilin dekabrında "Atlanta Yunayted"də baş məşqçi təyin olunmuş və 2 illik müqavilə imzalamışdı. Argentina yığmasının sabiq üzvü əvvəllər "Veles Sarsfild" və "Argentinos Xuniors" komandalarını da çalışdırıb.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest