"Yuventus"un hücumçusu Kriştianu Ronaldo İngiltərədəki villasını satıb. Matç.az saytının xarici mətbuata istinadən məlumatına görə, portuqaliyalı superulduzun "Mançester Yunayted"də oynadığı zaman yaşadığı həmin villa çeşirdə yerləşir.

34 yaşlı futbolçu 2009-cu ildə aldığı malikanədə çox yaşaya bilməmişdi. çünki oyunçu həmin il "Real"a transfer olunmuşdu. Portuqaliyalı villanı almaq üçün 4 milyon avrodan çox xərc çəkmişdi.

Ancaq bu satış Ronaldonu ziyana salıb. çünki futbolçu villanı 3,5 milyon avroya sata bilib. Heç bir il yaşamadığı villa CR7-yə 700 min avrodan çox ziyan vurub. Deyilənə görə, Ronaldo hələ 2009-cu ildə "Real"a transferi zamanı malikanəni satmağa çalışıb. Lakin o vaxtdan bəri ora müştəri çıxmayıb. 2014-cü ildən etibarən isə həmin evdə "Mançester Yunayted"in müdafiəçisi Luk Şou yaşayıb. O, bunun üçün hər ay 8000 avro kirayə pulu ödəyib.

Qeyd edək ki, üç mərtəbədən ibarət olan villanın hər mərtəbəsində 5 otaq yerləşir.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest