Təlim-məşq toplanışının ikinci mərhələsi üçün Antalyaya yollanan "Neftçi" Manavqat bölgəsində hazırlığa start verib. Matç.az saytının məlumatına görə, paytaxt təmsilçisi səfərə 24 futbolçu ilə gedib.

Onlar arasında zədədən qayıdan kapitan Ruslan Abışov, həmçinin yeni transferlər Mamadu Mbodj, Mamadu Kane, Aqil Məmmədov və Turan Vəlizadə də var. Həmçinin əvəzedici heyətin bir neçə gənc üzvü hazırda baş məşqçi Roberto Bordinin ixtiyarındadı.

Ancaq bakılılar heç də tam heyətlə hazırlıq keçə bilmirlər. Klub rəhbərliyinin ötən yay transfer etdiyi və qısa müddətdə "qara siyahı"ya saldığı müdafiəçi Slavko Braliç və hücumçu Kvame Karikari toplanışa qatılmayıb. Bunun isə səbəbi heç də zədə deyil. Məsələ burasındadı ki, yeni əcnəbilər almağı planlaşdıran "Neftçi" ilk növbədə Braliçlə Karikarini göndərməyə çalışır. Hər iki oyunçunun hazırlıqdan kənarda qalmasının səbəbi də özlərinə klub tapmaq tapşırığının verilməsidi.

Karikarinin Birləşmiş Ərəb Əmirlikləri klublarından birinə icarəyə verilməsi məsələsi gündəmdədi. Lakin hələlik hər iki oyunçudan konkret xəbər yoxdu. Müdafiəçinin müqavilə müddəti cari mövsümün sonuna qədərdisə, qanalı forvard 2020-ci ilin yayına qədər "ağ-qaralar"a məxsusdu.

Qeyd edək ki, "The Sense De Luxe" otelində məskunlaşan "Neftçi" hazırlıq çərçivəsində 3 yoxlama oyunu keçirəcək. Yanvarın 27-dək qonşu ölkədə qalacaq komanda ayın 18-də "Qaz Metan" (Rumıniya), 23-də "Slovan" (çexiya), 26-da isə "Beroe" (Bolqarıstan) ilə üz-üzə gələcək.

 

"Neftçi"nin Antalya heyəti...

Qapıçılar: 1.Səlahət Ağayev, 12.Kamran İbrahimov, 30.Aqil Məmmədov.

Müdafiəçilər: 3.Mamadu Mbodj, 5.Anton Krivotsyuk, 15.Ruslan Abışov, 18.Tural Axundov, 21.Məhəmməd Mirzəbəyov, 25.Kirilo Petrov, 26.ömər Buludov, 70.Əli Şirinov, 77.Elvin Sərkərov, 95.Rəhman Daşdəmirov.

Yarımmüdafiəçilər: 6.Qoran Paratski, 7.Namik Ələskərov, 8.Emin Mahmudov, 10.Dario Frederiko, 17.Rəhman Hacıyev, 20.Elnur Süleymanov, 32.Mirkamil Əliyev, 36.Mamadu Kane, 93.Soni Mustivar.

Hücumçular: 9.Baqali Dabo, 22.Mirabdulla Abbasov.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest