"Torino"nun hücumçusu Andrea Belotti "Roma"nın diqqət mərkəzinə düşüb. Matç.az saytının xarici mətbuata istinadən məlumatına görə, "canavarlar" onu mövsümün sonunda transfer etməyi planlaşdırır.

Edin Dzekonun yaşının çoxluğunu nəzərə alan paytaxt klubu hücum xəttini məhz Belotti ilə gücləndirməyi düşünür. 25 yaşlı forvardın müqaviləsində yer alan bəndə görə, İtaliyadan hər hansı bir kluba keçmək istəyərsə, 100 milyon avro təzminat ödəməlidi. Ancaq hazırkı vəziyyətdə bu, real məbləğ deyil. "Roma" onun transferi üçün turinlilərə 50 milyon avro təklif edib. Rəhbərlik hələlik bu təklifi cavabsız qoyub.

Qeyd edək ki, "Torino" Belottini ötən yay "Napoli"yə satmaqdan imtina etmişdi.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest