Bu gün futbol üzrə UEFA çempionlar Liqasında (çL) 1-ci təsnifat mərhələsinin cavab oyunlarına start verilib. Matc.az xəbər verir ki, ilk oyun günündə 12 qarşılaşma baş tutub.
Moldovanın "Şerif" komandası Albaniya "Teuta"sı ilə qarşılaşıb. Komandalar arasındakı ilk oyun moldovalıların 4:0 hesablı qələbəsiylə başa çatmışdı. Cavab matçında da qələbə qazanan Tiraspol təmsilçisi növbəti mərhələyə yüksəlib.
Azərbaycanın turnirdəki təmsilçisi "Neftçi" cavab matçına sabah çıxacaq. "Ağ-qaralar" səfərdə məğlub etdiyi Tiflis "Dinamo"sunu bu dəfə Bakıda qəbul edəcək.
Azərbaycanlı hücumçu Mahir Emrelinin çıxış etdiyi "Legiya" da sabah Norveçin "Bodo-Qlimt" komandasını sınağa çəkəcək. Komandalar arasında Norveçdə baş tutan oyunda "Legiya" 3:2 hesabıyla qələbə qazanıb. Emreli bu matçda 2 qol vurmağa nail olub.
	UEFA çempionlar Liqası
	1-ci təsnifat mərhələsinin cavab oyunları
	13 iyul
	Hamrun Spartans (Malta) – Flora (Estoniya) 0:3
	İlk oyun – 0:2
	Linkoln (Cəbəllütariq) – Fola (Lüksemburq) 5:0
	İlk oyun 2:2
	Riqa (Latviya) – Malmö (İsveç) 1:1
	İlk oyun 0:1
	Şerif (Moldova) – Teuta (Albaniya) 1:0
	İlk oyun 4:0
	Priştina (Kosovo) – Ferentsvaroş (Macarıstan) 1:3
	İlk oyun 0:3
	Mura (Sloveniya) – Şkendiya (Şimali Makedoniya) 5:0
	İlk oyun 1:0
	Borats (Bosniya və Herseqovina) – çFR (Rumıniya) 2:1
	İlk oyun 1:3
	Buduçnost (Monteneqro) – HİK (Finlandiya) 0:4
	İlk oyun 1:3
	Linfild (İrlandiya) – Jalgiris (Latviya) 1:2
	İlk oyun 1:3
	Şemrok Rovers (İrlandiya) – Slovan (Slovakiya) 2:1
	İlk oyun 0:2
	Şaxtyor (Qazaxıstan) – Ludoqorets (Bolqarıstan) 0:1
	İlk oyun 0:1
	Valyur (İslandiya) – Dinamo (Zaqreb, Xorvatiya) 0:2
	İlk oyun 2:3
14 iyul
	18:00. Kayrat (Qazaxıstan) – Makkabi (Hayfa, İsrail)
	İlk oyun 1:1
	19:00. Alaşkert (Ermənistan) – Konnah (Uels)
	İlk oyun 2:2
	21:00. Neftçi – Dinamo (Tiflis, Gürcüstan)
	İlk oyun 2:1
	22:00. Legiya (Polşa) – Bodo Qlimt (Norveç)
	İlk oyun 3:2

            
 










