"Neftçi" qış təlim-məşq toplanışının ikinci mərhələsinə başlayıb. Matç.az-ın klubun rəsmi saytına istinadən məlumatına görə, bu gün səhər saatlarında Türkiyəyə çatan komanda Antalyakı Manavqat bölgəsində ilk məşqinə çıxıb.

Hazırlıq prosesində fiziki təmrinlər və toplu çalışmalar yerinə yetirilib.

"The Sense De Luxe" otelində məskunlaşan "Neftçi" hazırlıq çərçivəsində 3 yoxlama oyunu keçirəcək. Komanda ayın 18-də "Qaz Metan" (Rumıniya), 23-də "Slovan" (çexiya), 26-da isə "Beroe" (Bolqarıstan) ilə qarşılaşacaq.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest