İtaliya milli komandasının baş məşqçisi Roberto Mançini Aç-2020-nin finalı çərçivəsində İngiltərə yığmasına qarşı keçirəcəkləri oyundan əvvəl fikirlərini bildirib. Matc.az xarici mətbuata istinadən xəbər verir ki, italyan mütəxəssis, həlledici matçla bağlı bunları deyib:
 
"Belə bir turnirin finalına çıxırsızsa, istənilən halda rəqibiniz güclü olacaq. Fərqli vəziyyətlərə öyrəşməliyik.
 
İngilis fanatlar komandalarına güclü təzyiq göstərəcək? Biz onlara təsir etməliyik. Əlbəttə, oyunları sona qədər oynamaq lazımdır. İngiltərə əla komandadır. Fiziki, texniki cəhətdən güclüdürlər və yaxşı mübarizə aparırlar. Biz də sona qədər döyüşməliyik".
 
Sabah keçiriləcək İngiltərə – İtaliya matçına Bakı vaxtı ilə saat 23:00-da start veriləcək.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest