İngiltərə Premyer Liqasının XXII turunda "Vest Hem"in qonağı olan "Arsenal" 0:1 hesabı ilə məğlub olub. Matç.az saytı xəbər verir ki, "topçular"da Məsut özilin "18-liy"ə salınmaması ciddi narazılığa səbəb olub.

Lakin baş məşqçi Unay Emeri Almaniya millisinin üzvünün yaxşı durumda olmadığını bildirib: "Məsut meydanda olmağa layiq deyildi. "Vest Hem" qarşısına çıxardığım heyətin ən doğru seçim olduğunu düşündüm. Məsutla birlikdə qalib də gəlirik, məğlub da oluruq. Bir oyunçunun olub-olmaması nəticəyə təsir etmir. Meydana çıxardığım oyunçular buna layiq olanlar idi. Bu görüşdə qələbə də qazana bilərdik".

Qeyd edək ki, bu mövsüm Premyer Liqada 13 oyunda iştirak edən Məsut özil 3 qol, 1 məhsuldar ötürmə ilə yadda qalıb.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest